Ç
F
Ğ
X
I
J
L
O
Ö
Ş
T
U
Ü
V

Yeganə Əsgər qızı Axundova

Yeganə Əsgər qızı Axundova 1960-cı ildə Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur.

Bülbül adına orta ixtisas musiqi məktəbində (1967-1978)Valeriya Səyidovanın ,Üzeyir Hacıbəyov adına Azerbaycan Dövlət Konservatoriyasında (indiki Bakı musiqi Akademiyasında1978 -1983 )isə professor Nigar Üsubovanın sinfində oxumuşdur.

1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində uğurla çıxış edərək laureat adını (III mükafat) qazanmışdır.Y.Axundovanın repertuarı dünya və Azərbaycan bəstəkarları İ.S.Bax, L.V.Bethoven, V.A.Mosart, F.Şopen, R.Şuman, F.List, K.Debüssi, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç, Q.Qarayev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, V.Adıgözəlov, E.Nəzirova, A.Rzayev, S.İbrahimova, M.Mirzəyev, A.Dadaşov, E.Dadaşov və b-ın əsərləri təmsil olunmuşdur.

Y.Axundova Ü.Hacııbəyov adına Azərbaycan Dövlət simfonik orkestri ilə görkəmli dirijorlar R.Abdullayev, R.Məlikaslanov, Y.Adıgözəlov eləcə də xalq artisti, tarzən R.Quliyev, əməkdar artist skripkaçı Z.Quliyeva ilə kamera musiqisi konsertlərində uğurla çıxış edir.1985-ci ildə onun pianoçu Ü.Hacıbəyova ilə yaratdıqları fortepiano duetinin Azərbaycanda və xaricdə silsilə konsertləri böyük uğurlar qazanmışdır.

Azərbaycan Dövlət Teleradio Şirkətinin fonotekasında Y.Axundovanın ifasında xeyli sayda fond yazıları saxlanılır.Konsert fəaliyyəti ilə yanaşı Y.Axundova pedoqoji fəaliyyətlə məşğuldur.O,Bakı Musiqi Akademiyasında ixtisas fortepiano kafedrasının dosentidir, Xəzər universitetində Azərbaycan və dünya musiqi mədəniyyəti kursundan mühazirələr oxuyur, bəstəkarlıqla məşğul olur. Mahnıların, fortepiano üçün prelüdlərin, sonatina, 2 fortepiano üçün Aşıqsayağı konsert pyesinin və s. əsərlərin müəllifidir.

Azərbaycan klassik musiqisinin korifeyləri axşamlarının təşkilatçısı və aparıcısıdır. 2000-ci ildə özünün bəstələdiyi Mən (Mi parti) fortepiano kompozisiyasının klipinə görə Humay milli mükafatına layiq görülmüşdür.2005-ci ilin iyunundan Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışır.

 

 

Copyright by Musigi Dunyasi