Главная страница

 







Assistentura-stajorluğa qəbul qaydaları

1. Assistentura-stajorluğa ali təhsilli (bakalavr dərəcəsi istisna olmaqla) musiqi ilə bədii yaradıcılıq qabiliyyəti olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.


2.
Assistentura-stajorluğa qəbul olunmaq istəyənlər ixtisas fənnindən, fəlsəfədən və xarici dillərin (ingilis, alman, fransız və italyan) birindən ali məktəblər üçün qüvvədə olan proqramlar həcmində qəbul imtahanları verilir.


3.
Assistentura-stajorluğa qəbulun digər qaydaları aspiranturaya qəbul qaydaları ilə eynidir.

 

 

Copyright by BMA & Musigi Dunyasi