Ãëàâíàÿ ñòðàíèöà





«Şifahi ən'ənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi» adlanan 1 ¹-li elmi laboratoriya 10 fevral 1992-ci il tarixində Təhsil Nazirliyinin 31-1/50 saylı əmri ilə yaradılmışdır.

Bu elmi-tədqiqat laboratoriyasının rəhbəri Bakı MusiqiAkademiyasının elmi-yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor G.A.Abdullazadədir.

Elmi-tədqiqat laboratoriyasında işlənən mövzuların Azərbaycan elminin, Musiqi Akademiyasının, orta ixtisas musiqi məktəblərinin, həmçinin ibtidai musiqi məktəblərinin tədris sistemində böyük praktiki əhəmiyyəti var.

Tarixi istiqamətli bu mövzular elmi fəaliyyətin aparıcı sahəsini təşkil edir. Uzaq keçmişin ümumi mədəni inkişaf səviyyəsinin işıqlandırılması, musiqi alətlərin tarixşünaslıq mənbələrində əks etdirilməsi, xarici dillərdə mövcud olan xüsusi ədəbiyyatın, tərcümə və şərhlərin həmişə olduğu kimi mövcud kafedraların laboratoriya əməkdaşlarının diqqət mərkəzində olmuşdur. Eyni zamanda etnoorqanologiya məsələlərinin müasirlik üçün əhəmiyyəti də üzə çıxarılmış, keçmişin və bu günün musiqi alətləri arasında qırılmaz varislik əlaqələri öyrənilmişdir. 


Laboratoriyanın qarşıya qoyduğu probemlər aşağıdakılardır:

1. Qədim dövrün musiqi mədəniyyəti.
à) etnoqrafik musiqi;
b) folklor musiqi;
v) mifoloji musiqi.

2. Muğam janrının səs sistemi və coğrafi mədəni əhatəsi..

3. Milli musiqi əsasında dərsliyin hazırlanması: 1, 2, 3 səsli solfecio, harmonik məsələlər.

4. Şifahi ənənəli professinal musiqinin müasir istiqamətlərinin öyrənilməsi.

5. Dini musiqidə janr formalaşması .

6. İfaçılığın tədrisi metodikası və s.

Bu elmi laboratoriyanın xətti ilə «Azərbaycan milli musiqisinin tədqiqi problemləri» adlı elmi məqalələr toplusunun 4 buraxılışı artıq çapdan çıxmışdır. Azərbaycan bəstəkarlarının yubileylərinə həsr edilmiş Respublika elmi konfranslarının materialları isə «Bəstəkar və zaman» adlı topluda öz əksini tapır. 

Çap olunmuş fundamental elmi tədqiqatların nəticələrini daha ətraflı açıqlayaraq aşağıdakı kitabları qeyd etmək olar: * * * * * * *

Nəzərə alsaq ki, uzun illərdir musiqi tariximizin, muğam, aşıq, folklor, müasir Azərbaycan musiqisinin problemləri sistematik şəkildə öyrənilməmiş qalmışdır, onda son10 ildə laboratoriyanın gördüyü işləri gələcək tədqiqatların bazası üçün götürmək olar. Buna görə də laboratoriyanın gələcəkdə fəaliyyət göstərməsini məqsədəuyğun sayırıq.

 



Copyright by BMA & Musigi Dunyasi