Ãëàâíàÿ ñòðàíèöà






1990-2003-c
ü illər ərzində keçirilmiş elmi konfranslar




1990-cı ildə

1. Azərbaycan Demokratik Respublikasının ildönümünə (28 May) həsr olunmuş «Qədim dövr və orta əsrlərdə Azərbaycanın bədii mədəniyyətinin yaranması və inkişafının sosial aspekti» mövzusunda Respublika elmi-praktiki konfransı;

2. Azərbaycan Dövlət Konservatoriyasının 70 illiyinə həsr edilmiş «Yaxın və Orta Şərq ölkələri musiqi mədəniyyətlərinin inkişaf
ı problemləri» adlı V Ümumiittifaq tələbə konfransı;


1991-ci ildə

1. N.Gəncəvinin 850 illik yubileyinə həsr olunmuş Ümumrespublika elmi-praktiki konfransı;

2. «Azərbaycan milli musiqisinin tədqiqi problemləri» mövzusunda I Respublika elmi konfransı;

3. Azərbaycan Respublikasının xalq artisti F.Əmirovun 70 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans və konserti;

4. Azərbaycan Respublikasının xalq artisti Niyazinin 80 illiyinə  həsr edilmiş elmi-nəzəri konfrans və konserti;

5. Azərbaycan SSR əməkdar incəsənət xadimi, professor G.G.Şaroyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans və konserti.

1992-ci ildə

1. Bəstəkar C.Hacıyevin 75 illiyinə həsr olunmuş elmi konfransı;

2. Niyazinin 80 illiyinə həsr olunmuş elmi konfransı;

3. Xalq artisti Ə.Bakıxanovun 100 illiyinə həsr edilmiş «Tar alətində muğam ifaçılığı» elmi konfransları.

1993-cü ildə

1. Q.Qarayevin 74 illiyinə həsr olunmuş nəzəri konfransı;

2. Bəstəkar A.Məlikovun 60 illiyinə həsr edilmiş konfransı və konserti;

3. Azərbaycan Respublikasının görkəmli musiqişünası İ.V.Abezqauzun 70 illiyinə həsr edilmiş konfrans-konserti;.

4. Aşıq sənəti və onun müasir problemlərinə həsr olunmuş elmi-praktiki konfransı;

5. «Musiqi məktəbləri və texnikumlarında tədris məsələləri» konfransı.

1994-cü ildə

1. «Müxtəlif ixtisaslı peşəkar musiqiçilərin yetişməsində ümumi fortepiano fənninin rolu və əhəmiyyəti» mövzusunda  I Ümumrespublika elmi-metodiki konfransı;

2. M.Füzulinin 500 illiyinə həsr olunmuş «Füzuli və musiqi» konfrası;

3. «Musiqi pedaqogikası və ifaçılıq sənətinin bəzi məsələləri» adlı konfransı;

4. Konservatoriya tələbələri və aspirantlarının IV elmi-ifaçılıq konfransı;

5. Görkəmli musiqişünas-folklorçu, professor B.Hüseynlinin anadan olmasının 70 illiyinə həsr edilmiş konfransı;

6. Görkəmli musiqişünas-alim, professor M.İsmayılovun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş konfransı.

1995-ci ildə

1. Ü.Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr edilmiş Respublika elmi-nəzəri konfransı;

2. Görkəmli alim, ictimai xadim və dramaturq, yazıçı Şıxəli Qurbanovun anadan olmasının 70 illiyinə həsr olunmuş konfrans;

3. Bəstəkar, professor V.Adıgözəlovun 60 illiyinə həsr edilmiş elmi konfrans;

4. «Azərbaycan musiqi pedaqogikası müasir mərhələdə: problemlər və axtarışlar» adlı Orta məktəb-studiyanın 15 illiyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı.

1996-cı ildə

1. «Azərbaycan milli musiqisinin tədqiqi problemləri» adlı II Respublika elmi konfransı;

2. «Ü.Hacıbəyovun qiraəti günləri»nə həsr edilmiş konfransı.

1997-ci ildə

1. BMA-nın müəllimləri, tələbələri və Orta məktəb-studiya tələbələrinin elmi-metodik konfransı;

2. Bəstəkar S.Rüstəmovun 90 illiyinə həsr edilmiş konfrans;

3. Bəstəkar F.Əmirovun 75 illiyinə həsr edilmiş konfrans;

4. Bəstəkar D.Şostakoviçin 90 illiyinə həsr edilmiş konfrans;

5. Bəstəkar Ə.Bədəlbəylinin 90 illiyinə həsr edilmiş konfrans;

6. N.Çumakovun 100 illiyinə h
əsr olunmuş və s. elmi-nəzəri konfransları və proqramları.

1998-ci ildə

1. İctimai xadim Bülbülün anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans;

2. Bəstəkar T.Quliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans və proqram;

3. «Fəlsəfə» konqresi;

4. Uluslararası İzmir musiqi konqresi;

5. «Əbcəd əlifbası ilə yazılmış Qədim Azərbaycan musiqisinin identifikasiyası üçün proqram vəsaitinin yaradılması və kompüterdə səsləndirilməsi» adlı seminar;

6. «Keçmiş və müasir musiqi-nəzəriyyə irsinin öyrənilməsi aspektində monodiyaya baxış» adlı seminar.

1999-cu ildə

1. Akademik Q.Qarayevin 80 illiyinə həsr edilmiş konfrans;

2. Əməkdar incəsənət xadimi, professor R.Zöhrabovun 60 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı və proqramı;

3. Orta İxtisas Musiqi-məktəb Studiyası tərəfindən 1999-cu il ərzində aparılan elmi-metodiki işlərin yekunlarına həsr olunmuş elmi-praktiki konfransı və proqramı.

2000-ci ildə

1. «Azərbaycan milli musiqisinin tədqiqi problemləri – IV Respublika elmi konfransı»;

2. Ali məktəb tələbələrinin XVII Respublika elmi konfransı;

3. «Uşaq və musiqi» elmi-praktiki konfransı;

4. «Azərbaycan musiqi pedaqogikası müasir mərhələdə: problemlər və axtarışlar» konfrans;

5. «Müasir tar ifaçılıq sənəti» mövzusunda keçirilmiş  konfrans
ı.

2001-ci ildə

1. Azərbaycan Respublikasının Müstəqilliyinin 10 illiyinə həsr edilmiş konfrans;

2.
Azərbaycan şairi Abdulla Şaiqin 120 illik yubileyinə həsr edilmiş konfrans;

3. Bəstəkar C.Cahangirovun 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans.

4. X. Şuşinskinin 100 illik yubileyinə həsr olunmiş elmi-nsəzəri konfrans.

2002-ci ildə

1. Azərbaycan Respublikasi Təhsil Nazirliyi.
Aspirantlarin və gənc tədqiqatçilarin VIII respublika elmi konfransı.

2003-cü ildə

1.
Görkəmli sənətkar, xalq artisti Şövkət Ələkbərovanın 80 illik yubileyinə həsr olunmuş professor-müəllim heyətinin konfransı keçirilmişdir;

2. Böyük dramaturq Hüseyn Cavidin 120 illik yubileyinə həsr olunmuş professor-müəllim heyətinin və tələbələrin konfransı keçirilmişdir.

 



Copyright by BMA & Musigi Dunyasi