Ç
F
Ğ
X
I
J
L
O
Ö
Ş
T
U
Ü
V


Xuraman Əkrəm qızı Qasımova

Ümumittifaq və Beynəlxalq müsabiqələr, Dövlət mükafatları laureatı professor Qasımova Xuraman Əkrəm qızı Azərbaycan vokal incəsənətinin fəxridir. O, Konservatoriyaya Ş. Məmmədovanın sinfinə qəbul edilir, onun ölumündən sonra isə dosent İ. A. Lvoviçin sinfinə keçir. Konservatoriyanı əla qurtaran X. Qasımova Azərbaycan Opera və Balet Teatrının truppasına qəbul olunur.

1977 onun yaradıcılıq tərcümeyi-halında məhsuldar il olur. Bu ildə o, musiqi ifaçılarının Tiflis şəhərində keçirilən Zaqafqaziya müsabiqəsinin I mükafatına, M. M. Qlinka ad. Vokalçıların VIII Ümumittifaq (Daşkənd səh.) müsabiqəsinin III Mükafatına və laureat adına layiq görülür.

1981-ci ildə X. Qasımova Yunanıstanda (Afina şəh.) Mari Kallas beynəlxalq müsabiqəsində istirak edir və parlaq qələbə qazanaraq I yeri tutur, ona Qran-Pri qızıl medalı təqdim edilir.

Onun növbəti parlaq qələbəsi 1982-ci ildə P. İ. Çaykovski ad. VIII Beynəlxalq müsabiqəsində olur. O, II yerə çıxaraq gümüş medala və laureat adına layiq görülür. 1982-ci ildən X. Qasımova öz qüvvəsini pedaqoji sahəyə yönəldir.

1983-cü ildən X. QasımovaBMA-nın vokal kafedrasının müdiridir.

Fidan və Xuraman Qasımova bacılarının təşəbbüsü ilə 1997-ci ildən gənc opera müğənnilərin Respublika müsabiqəsi keçirilir.

 

 

Copyright by BMA & Musigi Dunyasi