1.
Aspiranturaya ali təhsil haqqında
diplomu olan (bakalavr diplomu istisna olmaqla)
Azərbaycan Respublikasının
vətəndaşları qəbul
olunurlar.
2.
Xarici ölkələrin vətəndaşları
aspiranturaya müvafiq qaydalarla qəbul
olunurlar.
3.
Aspiranturaya daxil olmaq üçün
qəbul imtahanlarında birinci bəndin
şərtlərini ödəyən
aşağıdakı şəxslər
iştirak edə bilərlər:
-
bilavasitə ali məktəbi fərqlənmə
diplomu ilə bitirən və ya
aspiranturaya qəbul olunmaq üçün
fakültə Elmi şurasının
zəmanəti olan məzunlar;
- seçdikləri ixtisasın
profili üzrə bir qayda olaraq
azı iki il iş stajına malik
olan şəxslər.
4.
Ali təhsil müəssisələrinin
qiyabi və axşam şöbələrinin
məzunları seçdikləri
elmi ixtisasın profili üzrə
ən azı iki il praktiki iş
stajına malik olduqda aspiranturaya
qəbul imtahanlarına bilavasitə
ali məktəbi qurtardıqdan
sonra ali məktəb (fakültə)
Elmi şurasının zəmanəti
ilə burxaxıla bilərlər.
5.
Aspiranturanın tam kursunu bitirmiş
şəxslər təkrarən
aspiranturaya qəbul edilmirlər.
Assistentura-stajorluğun tam kursunu
bitirmiş şəxslər ödənişli
əsaslarla aspiranturaya qəbul
oluna bilərlər.
6.
Aspiranturaya qəbul haqqında ərizə,
ali təhsil (elmi-tədqiqat) müəssisəsi
rektorunun (direktorunun) adına yazılır.
Ərizəyə aşığıdakı
sənədlər əlavə
olunur:
- kadrların şəxsi qeydiyyat
vərəqəsi;
- tərcümeyi-hal;
-
4 fotoşəkil (3 X 4 ölçüdə);
- çap
olunmuş elmi əsərlərin,
ixtiraların və elmi-tədqiqat
işləri üzrə hesabatların
siyahısı, yaxud referat (seçdiyi
ixtisas üzrə);
- əmək
kitabçasından çıxarış
(işləyənlər üçün);
- ali
təhsil haqqında diplomun surəti
və diploma əlavə (qiymət
cədvəlindən çıxarış);
- aspiranturaya
qəbul olunmaq üçün
Elmi şuranın zəmanəti.
Diplomun əsli və
pasport şəxsən təqdim
edilir.
7.. Aspiranturaya sənədlərin
qəbulu müvafiq ali təhsil
(elmi-tədqiqat) müəssisələri
tərəfindən aparılır.
Həmin müəssisələrdə
yaradılmış qəbul komissiyası
daxil olmuş sənədlərin
ilkin təhlilini və aspiranturaya
sənəd verənlərin nəzərdə
tutulan elmi rəhbərlərlə
görüşləri təşkil
edir.
8.
Qəbul komissiyası aspiranturaya
ilk qəbul imtahanının başlanmasınaı
ən azı 5 gün qalmış
sənədləri araşdırır,
imtahanlara buraxılanlar haqqında
qərar qəbul edir və bu halda
onlara məlumat verir.
9.
Aspiranturaya qəbul imtahanlarına
buraxılmış şəxslərə
(hazırlaşmaq və imtahanları
vermək məqsədi ilə)
Azərbaycan Respublikası Əmək
Məcəlləsi 122-ci maddəsinin
3-cü bəndinə əsasən
onların iş yerindən 30 təqvim
gününədək (hər
imtahan üçün 10 gün)
ödənişli məzuniyyət
verilir.
10. Aspiranturaya qəbul
üçün sənəd verən,
lakin qəbul komissiyasının
qərarına görə qəbul
olmayan şəxslərə komissiyanın
əsaslandırılmış
cavabı verilir.
Komissiyanın qərarı
ilə razı olmayan şəxslər
2 gün müddətində komissiyanın
sədrinə yazılı şəkildə
müraciət edə bilərlər.
11. Aspiranturaya qəbul
olunmaq istəyənlər ixtisas
fənnindən, fəlsəfədən
və xarici dillərin (ingilis, alman,
fransız və ərəb) birindən
ali məktəblər üçün
qüvvədə olan tədris
proqramları həcmində qəbul
imtahanları verirlər.
12. Bütün fənlərdən
qəbul imtahanları müvafiq
ali təhsil (elmi-tədqiqat) müəssisəsində
yaradılmış imtahan komissiyaları
tərəfindən keçirilir.
13. Aspiranturaya qəbul
imtahanları təsdiq edilmiş
cədvələ müvafiq qaydada
(suallar üzrə cavab qeydləri
xüsusi vərəqlərdə
aparılır və protokolla birlikdə
gələcək aspirantın şəxsi
işində saxlanılır, qəbul
olunmuş şəxslərin imtahan
vərəqləri və protokollar
bir il müddətində ali məktəbin
(elmi-tədqiqat institutunun) aspirantura
şöbəsində saxlanılır)
mövcud proqramlara uyğun tərtib
edilmiş biletlər üzrə
aparılır.
14. Hər imtahan başa
çatdıqdan sonra onun nəticəsi
elan edilir. Birinci imtahandan (ixtisas
fənnindən) «qeyri-kafi» və
ya «kafi» qiymət alan şəxslər
digər imtahanlara buraxılmırlar.
İmtahanların təkrar verilməsi
qadağandır.
Qəbul imtahanlarında
bərabər ballar toplandıqda,
ixtisas fənnindən daha yüksək
qiymət alan, ixtisas fənnindən
də bərabər bal toplandıqda
isə çap edilmiş elmi əsərləri
və ya seçdiyi ixtisas üzrə
azı bir il stajı olan şəxslərə
müsabiqədə üstünlük
verilir.
15. Aspiranturaya qəbul
haqqında qərar təsdiq edilmiş
plana uyğun qəbul komissiyası
tərəfindən çıxarılır
və rektorun (direktorun) əmri
ilə rəsmiləşdirildikdən
sonra qüvvəyə minir.
16. Qəbul imtahanlarını
müvəffəqiyyətlə
vermiş, lakin müsabiqədən
keçməmiş şəxslər
Təhsil Nazirliyinin razılığı
ilə ödənişli əsaslarla
aspiranturaya qəbul oluna bilərlər.
17.
Aspiranturaya qəbul imtahanları
qurtardıqdan sonra ali təhsil
(elmi-tədqiqat) müəssisəsi
10 gün müddətində Təhsil
Nazirliyinə qəbulun yekunları
haqqında hesabat və qəbul
olunmuş şəxslər haqqında
məlumat göndərir.